Haqqında

From RepRap
Jump to: navigation, search


Haqqında | Yaradıcılıq | İcma | RepRap modelləri | Vasitələr | Prinsiplər

«Təsəvvür edin ki, RepRap — stolunuzun üzərində bir Çin fabrikidi»

- Kris DiBona, açıq kodlu proqram təminatı şöbəsinin meneceri, Google Inc., 8 aprel 2008 il.

‘’«İstehsalatın yeni prespektiv texnologiyaları vasitəsilə, özü-özünü yarada bilmək — bax bu əla nəticələrə aparan həqiqətən möhtəşəm bir ideyadır»

- Ser Ceyms Dayson, 17 aprel 2007 il.’’

«RepRap — qlobal kapitalizmi siləcək, ikinci sənaye inqilabını başladacaq, ətraf mühiti xilas edəcək ... bir icaddır»

- Ön başlıq The Guardian, 25 noyabr 2006 il.


RepRap nədir?

Komputerinizə baxın və təsəvvür edin ki, ona 3D printer qoşuludu. Kağız üzərində çap etmək əvəzinə, real, hiss edilə biləcək əşyalar «çap» edir. Belə bir printer vasitəsi ilə çoxlu sayda faydalı əşyalar yaratmaq - ən əsası isə digər, yeni bir 3D printerin bir çox hissələrini «çap» etmək olar. Demək olar ki, bu avadanlıq özü-özünü (bir çox hissəsini) istehsal etməyi bacarır.

Düzəltmək

<videoflash type="vimeo" width="400" height="320">5202148</videoflash>

RepRap - Replicating Rapid-prototyper, sözbirləşməsi ingilis dilində «tez bir zamanda prototipləşdirmə üçün (özünü)təkrarlayan mexanizm». Faktiki olaraq bu özünü kopyalaya bilən 3D printer olub, özü-özünü yaradabilən mexanizmdir. Bu 3D printerlər məmulatları plastik xammaldan, lay-lay mərhələ ilə yaradır. Bu texnologiya ilə işləyən ən ucuz ticari avadanlıqlar təqribən 60 000 AZN dəyərindədir, amma bu avadanlıqlar özü-özünü yaratmaq imkanında deyildirlər. Ona görə də, RepRap komandasının məqsədi, ümumi istifadəyə yararlı, daha ucuz başa gələn (istifadə olunan material dəyəri 600 AZN-dən çox olmayan), özünəməxsus formada özü-özünün hissələrini yaradabilmək imkanlı avadanlıq yaratmaq və ictimaiyyətə təqdim etməkdir. Beləliklə RepRap, onu yaratmaq üçün, inkişaf etməkdə olan dövlətlərin kiçik cəmiyyətləri və ya digər fərdi şəxslərin maddi imkanı çatacaq bir avadanlıqdır. Azad istifadəli proqram təminatı Hərəkatının prinsiplərinə əsasən, Bİz RepRap avadanlığını heç bir təmənna olmadan, GNU (General Public Licence) əsasında sərbəst istifadəyə veririk. Əgər sizin RepRap-ınız varsa, dostlarınız və ya yaxınlarınız üçün yeni bir RepRap yaradıb onların istifadəsinə verəbilərsiz.

RepRap layihəsi 2004-cü ilin martında mətbuatda işıqlandırıldıqdan sonra geniş tanınmağa başlayıb, halbuki ideya Endrian Bauerin 2 fevral 2004-cü il tarixli internetdəki məqaləsindən qaynağlanır.

Hal-hazırda RepRap II «Mendel» modeli istənilən hər bir şəxs tərəfindən yaradıla bilər, bunun üçün - Şəxsi RepRap-ını yarat və Ehtiyat hissələri səhifəsindən istifadə edə bilərsiniz.

Replikasiya

Əsas hissələri nəzərə almasaq, RepRap özünün ibarət olduğu 50% hissələrini yarada bilər, digər 50%-i isə elə seçilib ki, dünyanın hər bir yerindən asanlıqla əldə edilə bilən ucuz hissələrdən ibarətdir. Bu 50% artırmaq üçün gələcək modellərdə RepRap özünün elektron sxemlərini də yarada bilmək imkanlarını görə biləcəyik, artıq təcrubələr bu imkanın reallığını göstərir, hərçəndki öz elektron mikrosxemlərini yarada bilməyəcək. Gələcəkdə bunlarda mümkün olacaq.

RepRap layihəsinin əsas məqsədi, ictimaiyyətə "hamısı birində" imkanlı, sahibinə sadə və ucuz başa gələn, eynilə yenisini yarada bilmək imkanı verən, faydalı avadanlıq yaradaraq təqdim etməkdir.

Edrian Bauer (solda) və Vik Olliver (sagda) tez bir zamanda prototip hazırlamaq üçün istifadə olunan RepRap -valideyin tərəfindən yaradılmış, tam istifadəyə yararlı ilk RepRap -övlad avadanlıqları ilə birgə. UTC üzrə 14:00 29 May 2008-ci ildə Birləşmiş Krallığın Bath universitetində RepRap -övlad, müvəffəqiyyətlə RepRap -nəvəni yaratmışdır, bir neçə dəqiqədən sonra tam olaraq işlək vəziyyətdə yıgılmışdır.

Dünyaya tanıtmaq

Siz RepRap Loqosundan və QR kodundan tamami ilə təmənnasız (soldakı Lisenziya şərtlərinə bax) istifadə edə bilərsiniz :

Reprap-qr-logo-wide.png


Sözlük

  • RepRap - ‘’isim’’ - öz hissələrinin bir çoxunu yarada bilən, sərbəst yayımda olan, tez bir zamanda prototip hazırlamaq üçün hər-hansı bir avadanlıq.
  • to reprap - ‘’feyl’’ - RepRap avadanlıqlarında nə isə yaratmaq.
  • RepStrap - ‘’isim’’ - öz hissələrinin yarada bilməyən, ancaq RepRap avadanlıqlarının hissələrini yaratmaq üçün istifadə edilən, sərbəst yayımda olan, tez bir zamanda prototip hazırlamaq üçün hər-hansı bir avadanlıq.
  • reprapper - ‘’isim’’ - RepRap və ya RepStrap avadanlıqlarının yaradılması və ya istifadəsi ilə bağlı şəxs.
  • reprapable - ‘’feyl’’ - RepRap avadanlıqlarında yaradıla bilinəcək imkanı.

Həmçinin bax

RepRap idealogiyası - Pulsuz varlılıq

Prusa I3 modelinin yığılması

Layihənin inkişaf statistikası

Mövzu ilə bağlı rusdilli səhifələr